Ərdoğan Zelenski ilə görüşdə Qara dənizdə naviqasiya təhlükəsizliyinin vacibliyini vurğulayıb

1 Min Read
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkdakı Türk Evində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Söhbət zamanı Ərdoğan Qara dənizdə mülki ticarət gəmilərinə edilən hücumları qəbuledilməz adlandırıb və naviqasiya təhlükəsizliyinin təmin edilməsinin vacibliyini bildirib.
Türkiyə Prezident Administrasiyasının məlumatına görə, Ərdoğan Qara dənizdə təhlükəsiz gəmiçiliyin bərpası üçün məsuliyyətli addımların atılmasının vacibliyini qeyd edib. Türkiyə lideri həmçinin Rusiya-Ukrayna müharibəsinə ədalətli və davamlı sülhlə son qoyulması, tərəflər arasında birbaşa danışıqların bərpası istiqamətində Ankaranın vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu diqqətə çatdırıb.
Xatırladaq ki, 2026-cı ildə Qara dənizdə Türkiyə gəmilərinə edilən hücumlar nəticəsində Türkiyə vətəndaşlarının xəsarət alması və bir nəfərin həlak olmasından sonra Ankara Kiyevə rəsmi xəbərdarlıq edərək mülki naviqasiyanın təhlükəsizliyinin təmin olunmasını tələb etmişdi.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş