İran ABŞ-ın təyyarə uçuşlarına qoyduğu məhdudiyyətlərlə bağlı ICAO-ya şikayət edib

1 Min Read
İran Mülki Aviasiya Təşkilatının rəhbəri Əbuzər Qurban Şirudi ölkəsinin ABŞ tərəfindən İran aviaşirkətlərinə qarşı tətbiq edilən məhdudiyyətlərə görə Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) rəsmi şikayət ünvanladığını bildirib.
Şirudi IRNA agentliyinə açıqlamasında qeyd edib ki, şikayət məktubu İranın qanuni hüquqlarının qorunması və ABŞ-ın birtərəfli qanunsuz addımlarına qarşı mübarizə aparmaq məqsədilə hazırlanıb.
Bundan əvvəl ABŞ-ın Maliyyə naziri Skott Bessent sentyabrın 23-dən etibarən sanksiyalar çərçivəsində İran aviaşirkətlərinin beynəlxalq uçuşlar həyata keçirə bilməyəcəyini və onlara xaricdə yerüstü xidmətlərin göstərilməyəcəyini bəyan etmişdi.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş