Hizbullah İsrailin şimalındakı hərbi obyektə dron hücumu edib

0 Min Read

Hizbullah İsrailin şimalında yerləşən hərbi obyektə bir neçə pilotsuz uçuş aparatı ilə hücum edib.

İzmedia.az xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, hücum Ya’ara yaşayış məntəqəsi yaxınlığındakı “hərbi mərkəz”ə yönəlib.

Bundan əvvəl Ynet informasiya portalı İsrailin Livanla sərhədinə yaxın hava məkanında dronların aşkar edilməsi ilə bağlı xəbərdarlıq edildiyini bildirmişdi.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş