Yaponiya 1000 kilometr mənzilli yeni raketlərini ABŞ ilə birgə təlimdə ilk dəfə nümayiş etdirəcək

1 Min Read
Photo taken on April 2, 2023, shows a type-3 medium-distance surface-to-air missile (R) and a type-12 surface-to-ship missile unveiled during a ceremony marking the opening of the Japan Ground Self-Defense Force's new garrison on Ishigaki Island in Okinawa Prefecture, southern Japan. (Photo by Kyodo News via Getty Images)
“Kyodo” agentliyinin verdiyi məlumata görə, Yaponiyanın təxminən 1000 kilometr uçuş mənzilinə malik yeni “Type-25” mobil raket kompleksləri ilk dəfə oktyabr ayında keçiriləcək “Keen Sword” ABŞ-Yaponiya birgə hərbi təlimlərində nümayiş olunacaq. Hər iki ölkədən on minlərlə hərbçinin qatılacağı manevrlər Yaponiyanın müxtəlif bölgələrini əhatə edəcək.
Uzaqmənzilli mobil raketlər 2026-cı ilin mart ayında Kyuşu adasındakı Kengun hərbi bazasında daimi yerləşdirilib. Təlim çərçivəsində raketlər xüsusi poliqonlara köçürüləcək və ABŞ-Yaponiya qüvvələri həmin silahlardan istifadə və hədəfəalma üzrə birgə əməliyyatlar keçirəcəklər. Lakin təlimlərdə döyüş atışlarının icra olunmayacağı bildirilir.
Rəsmi olaraq “gəmi əleyhinə” raket hesab edilsə də, Tokio bu kompleksləri düşmən bazalarına “cavab zərbəsi” endirmək vasitəsi kimi qiymətləndirir. Kyuşu adasından buraxılan raketlərin Çinin sahil ərazilərinə çatmaq imkanı var. Yerli əhali isə strateji raketlərin yerləşdirildiyi ərazilərin münaqişə zamanı cavab zərbələrinin hədəfinə çevrilə biləcəyindən narahatdır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş