İranın Hörmüz boğazında ABŞ gəmisini vurması nəticəsində 8 dəniz piyadası yaralanıb

1 Min Read
“NBC News”un ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, sentyabrın 14-də İranın Hörmüz boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmiyə raket zərbəsi endirməsi nəticəsində səkkiz amerikalı dəniz piyadası yaralanıb.
Məlumata görə, hərbçilərdə baş ağrıları və beyin silkələnməsi əlamətləri müşahidə olunub.
Bu insidentlə yanaşı, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) mətbuat katibi Hüseyn Mohebi hər hansı təcavüz halında İranın bölgədəki yeni ABŞ obyektlərini modernləşdirilmiş silahlarla vuracağını bildirib. O, müharibənin həm coğrafiyasının, həm də istifadə olunacaq hərbi texnikanın genişlənəcəyini vurğulayıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş