Tayvan və Çin sahil mühafizəsi qarşı-qarşıya: gərginlik artır

Nərmin
1 Min Read

Çin və Tayvan sahil mühafizə qüvvələri arasında Cənubi Çin dənizinin şimal hissəsində yerləşən Pratas Adaları yaxınlığında gərginlik yüksəlib.

Pratas Adaları ətrafında iki gündür davam edən qarşıdurma “sözlü qarşıdurma” və “egemenlik mübahisəsi” formasında davam edir. Tayvan Sahil Mühafizəsinin açıqlamasına görə, bölgəyə yaxınlaşan Çin gəmisi ilə Tayvan qüvvələri arasında radio rabitəsi üzərindən sərt dialoq yaşanıb.

Çin tərəfi bölgənin öz suverenliyinə aid olduğunu və “rutin patrul” apardığını bildirərkən, Tayvan tərəfi bu addımı regionda sülhü pozan hərəkət kimi qiymətləndirib və geri çəkilməyə çağırış edib.

Məlumatlara görə, Tayvan tərəfi Çin gəmisinə “sülhü pozmayın, geri qayıdın” mesajı verib.

Pratas Adaları strateji mövqeyinə görə bölgədə mühüm əhəmiyyət daşıyır. Adalar Tayvanın əsas ərazisindən uzaqda yerləşdiyi üçün “zəif nöqtə” kimi qiymətləndirilir və yalnız sahil mühafizə qüvvələri tərəfindən qorunur.

Hadisə ilə bağlı Reuters-ə danışan Tayvan rəsmisi gərginliyin davam etdiyini və Çin gəmilərinin bölgədə uzun müddət qalmasının qeyri-adi olduğunu bildirib.

izmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş