İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ-la davam edən hərbi münaqişə fonunda Amerika ictimaiyyətinə yeni açıq məktub ünvanlayıb. Məktubda hərbi əməliyyatların dəhşətli fəsadlarına diqqət çəkilərək bildirilib: “Bu günə qədər müharibə 3,600-dən çox insanın həyatına son qoyub. Həlak olanların əksəriyyəti mülki şəxslərdir, o cümlədən 400 uşaq var. Zərbələr nəticəsində 8 universitet, 3 xəstəxana və 8 məktəb bombalanıb”.
Məktubla bağlı keçirilən mətbuat konfransında qrup sözçüsü Hüseyn Mohebbi Vaşinqton və Təl-Əvivin bu münaqişədə uduzduğunu iddia edib. O, Qərbin İranın nüvə silahı əldə etməsi ilə bağlı iddialarını rədd edərək xatırladıb ki, ABŞ artıq 25 ildirdir İranın atom bombası hazırlamağa bir neçə həftə qaldığını bəyan edir. Mohebbi həmçinin xatırladıb ki, ABŞ tərəfi ölkədə nüvə silahını dini fətva ilə qadağan edən İranın Ali Lideri Əli Xameneini qətlə yetirib.
Xatırladaq ki, bundan əvvəl İranın Xarici İşlər Naziri Abbas Əraqçi BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda olarkən İsrail və ABŞ-ın zərbələri nəticəsində İranda həlak olanların sayının 5,000-dən çox olduğunu bəyan etmişdi.
İzmedia.az
![]()

