Dizel yanacağının rekord bahalaşması səbəbindən Texasda fövqəladə vəziyyət elan edilib

1 Min Read
Texas qubernatoru Qreq Abbott ştatda dizel yanacağının qiymətinin kəskin artması fonunda fövqəladə vəziyyət elan edib. Bu barədə qubernatorun mətbuat xidməti məlumat yayıb.
Amerika Avtomobil Assosiasiyasının (AAA) göstəricilərinə görə, bir il əvvəl ştatda dizel yanacağının bir qallonu (təxminən 3,8 litr) 3,16 dollar olduğu halda, sentyabrın 19-da bu rəqəm rekord həddə — 5,97 dollara çatıb. Qubernator bəyan edib ki, bu vəziyyət kənd təsərrüfatı və yükdaşıma sahələrini ciddi təhlükə altına salır.
Yaranmış mürəkkəb şəraitlə əlaqədar Abbott xüsusi sərəncam imzalayaraq aksiz vergisindən azad olan və adətən yalnız kənd təsərrüfatında istifadə edilən rəngli (kükürdlü) dizel yanacağının ictimai yollarda istifadəsinə müvəqqəti icazə verib. Bununla yanaşı, yanacaq və kənd təsərrüfatı məhsulları daşıyan nəqliyyat vasitələrinin maksimal çəki həddi 43 tona (95.000 funt-sterlinq) qaldırılıb. Abbott, həmçinin ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinə müraciət edərək ştatın 110 qraflığında ekoloji məhdudiyyətlərin müvəqqəti ləğv olunmasını xahiş edib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş