“Reuters”: Rusiya Kalininqradın blokadası halında NATO-nu nüvə silahı ilə hədələyib

1 Min Read
Rusiya diplomatik kanallar vasitəsilə NATO-ya məxfi xəbərdarlıq məktubu ünvanlayaraq, alyansın Kalininqrad vilayətini blokadaya almaq cəhdi göstərəcəyi təqdirdə nüvə silahından istifadə etməyə hazır olduğunu bildirib. “Reuters” agentliyinin əldə etdiyi sənəddə Moskva alyansı “ciddi münaqişə riski yaradan məsuliyyətsiz siyasət” yürütməkdə günahlandırır və hərbi toqquşma baş verəcəyi halda dərhal alyansın “qərarqəbuletmə mərkəzlərinə” zərbə endiriləcəyini vurğulayır.
Avropanın yüksək rütbəli müdafiə rəsmilərindən biri agentliyə açıqlamasında bunun Soyuq müharibə dövründən bəri Rusiyadan gələn ən ciddi təhdid olduğunu diqqətə çatdırıb. NATO-nun rəsmi nümayəndəsi Alison Hart rusiyalı diplomatlardan notanın alındığını təsdiqləyib. O bildirib ki, alyans cavab sənədində NATO-nun müdafiə xarakterli təşkilat olduğunu, təlimlərin Moskva üçün təhlükə yaratmadığını xatırladıb və Rusiyanın nüvə ritorikasını qətiyyətlə pisləyib.
Xəbərdarlıq notası göndərildikdən sonra Rusiyanın Avropadakı səfirlikləri də analoji bəyanatlar yayaraq, Alyansı Kalininqrad ətrafında vəziyyəti gərginləşdirməkdə ittiham ediblər. Bəyanatlarda Moskvanın NATO-ya hücum etmək niyyətində olmadığı, lakin anklav ərazisinə qarşı hər hansı təcavüzə ən sərt şəkildə cavab veriləcəyi qeyd olunub.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş