İsrail Nəqliyyat Nazirliyi “Flydubai” reyslərinin dayandırılmasını tələb edib

1 Min Read
Dubay-Təl-Əviv reysi ilə uçan təyyarənin qaçırılma cəhdi və Səudiyyə Ərəbistanında təcili eniş etməsindən sonra İsrailin nəqliyyat naziri Miri Regev Birləşmiş Ərəb Əmirliklərinin “Flydubai” aviaşirkətinin uçuşlarının dayandırılmasını tələb edib. Hadisə ilə bağlı keçirilən təhlükəsizlik müzakirələri zamanı Regev ilə İsrail Baş Təhlükəsizlik Xidmətinin (Şabak) nümayəndələri arasında gərgin mübahisə yaranıb.
Məlumata görə, nazir “Flydubai” şirkətinin İsrailə uçuş heyətinə Təl-Əvivin diplomatik münasibətləri olmayan Oman vətəndaşını daxil etməklə ikitərəfli aviasiya müqaviləsini pozduğunu bildirib. Regev istintaq yekunlaşana qədər şirkətin İsrailə olan bütün reyslərinin dondurulmasını tələb edir. Nəqliyyat Nazirliyindəki mənbələr baş verənləri ağır insident adlandıraraq böyük bir fəlakətdən çətinliklə yayındıqlarını vurğulayıblar.
Təhlükəsizlik qurumları baş verənləri terror aktı kimi qiymətləndirir. Məlumata görə, ikinci pilot olan Oman vətəndaşı BƏƏ vətəndaşı olan birinci pilota bıçaqla hücum edərək idarəetməni ələ keçirməyə çalışıb. Heyət və sərnişinlərin müdaxiləsi ilə hücum edən şəxs zərərsizləşdirilib, göyərtədə olan digər pilotların köməyi ilə təyyarə Səudiyyə Ərəbistanının Təbuk şəhərindəki hava limanına təhlükəsiz eniş edib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş