Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara jurnalistlərə bildirib ki, Yaponiya və ABŞ elm sahəsində süni intellektin inkişafına birgə investisiya qoyulması barədə razılığa gəliblər. Onun sözlərinə görə, növbəti beş il ərzində bu məqsədlə 1 milyard dollar ayrılacaq.
Kihara qeyd edib ki, bu təşəbbüs elmi sahədə süni intellektin inkişafı istiqamətində Yaponiya və ABŞ proqramlarını birləşdirən strateji tərəfdaşlıqdır.
O bildirib ki, tərəfdaşlıq süni intellekt də daxil olmaqla, elm və texnologiyanın müxtəlif qabaqcıl sahələrində, həmçinin hesablama resursları bazasının gücləndirilməsi istiqamətində beş il ərzində genişmiqyaslı beynəlxalq birgə proqramlara ümumilikdə 1 milyard dollar həcmində strateji investisiyanı əhatə edir.
Kihara əlavə edib ki, tərəfdaşlıq çərçivəsində birgə tədqiqatlar zamanı hesablama resurslarından qarşılıqlı istifadə də nəzərdə tutulur.
Yaponiyanın Baş naziri isə ümid etdiyini bildirib ki, bu tərəfdaşlıq Yaponiya və ABŞ arasında kvant informasiya elmləri, termonüvə sintezi texnologiyaları, biotexnologiya və kritik materiallar da daxil olmaqla, elm və texnologiyanın müxtəlif qabaqcıl sahələrində əməkdaşlığın genişlənməsinə və dərinləşməsinə töhfə verəcək.
İzmedia.az
![]()

