Gürcüstan Parlamenti əmlak vergisi üzrə gəlir həddini 100 min lariyə qaldırıb

1 Min Read
Gürcüstan Parlamenti ölkənin Vergi Məcəlləsinə fiziki şəxslərin əmlak vergisindən azad edilməsi üçün gəlir həddinin yenidən nəzərdən keçirilməsini nəzərdə tutan düzəliş layihəsini üçüncü və sonuncu oxunuşda qəbul edib.
Qanunvericilikdə edilən dəyişikliklərə əsasən, əmlak vergisindən tam azad olunmaq üçün minimum illik ailə gəliri həddi 40 min laridən 100 min lariyə (təxminən 38 min dollar) qaldırılıb. Eyni zamanda, illik gəliri 100 min laridən çox olan şəxslər üçün vergi dərəcəsi əmlakın dəyərinin 0,8%-dən 1%-dək artırılıb. Deputatlar bu modelin aşağı və orta gəlirli təbəqəni əlavə maliyyə yükündən azad edəcəyini bildiriblər.
Dəqiqləşdirilmiş məlumatlara görə, yeni qaydalar təxminən 81 min ailəni əmlak vergisindən azad edəcək. Qanunun tətbiqi 2025-ci il üçün bəyan edilən vergi ödənişlərinə şamil edildiyindən, dəyişikliklər səbəbindən 2026-cı il dövlət büdcəsinin təxminən 22,3 milyon lari vəsait itirəcəyi gözlənilir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş