Səudiyyə Ərəbistanı “Flydubai” təyyarəsindəki insidentlə bağlı araşdırmaya başlayıb

1 Min Read
Səudiyyə Ərəbistanı rəhbərliyi Dubaydan Təl-Əvivə uçan “Flydubai” aviaşirkətinə məxsus təyyarənin krallıq ərazisində təcili eniş etməsi ilə bağlı araşdırmaya start verib. Şəhərin Təbuk hava limanını idarə edən 2-ci klaster operatoru Səudiyyə Ərəbistanının müvafiq qurumlarının tədqiqat aparmaqla yanaşı, sərnişinlərin təxliyəsi üçün əvəzedici təyyarənin ayrılmasını da aviaşirkətlə əlaqələndirdiyini bildirib.
Xatırladaq ki, i24News telekanalının İsrail rəsmilərinə istinadən verdiyi məlumata görə, yəhudi dövlətinin hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirir. İddialara əsasən, təyyarənin Oman vətəndaşı olan ikinci pilotu BƏƏ vətəndaşı olan birinci pilota bıçaqla hücum edərək idarəetməni ələ keçirməyə və hava gəmisini qəzaya uğratmağa cəhd göstərib.
Göyərtədəki sərnişinlər və digər heyət əməkdaşlarının müdaxiləsi ilə hücum edən şəxs zərərsizləşdirilib. Təyyarədə sərnişin kimi uçan Cənubi Afrika və Yeni Zelandiyadan olan ehtiyat pilotların köməyi ilə təyyarə Təbuk hava limanına təhlükəsiz eniş edə bilib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş