İsrail Prezidenti İshaq Hersoq oktyabrın 30-da Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsində faciənin qarşısını alan dörd İsrail vətəndaşını – Zvika Manes, Şota Musayev, Assaf Rajuanı və Yaniv Xayonu “Mülki Qəhrəmanlığa görə Prezident Medalı” ilə təltif etmək qərarına gəlib. Bu barədə Prezident administrasiyası məlumat yayıb.
Açıklamada qeyd olunur ki, sözügedən medal İsrailin cəsarətə görə ən yüksək mülki mükafatıdır və böhran anında öz həyatını başqalarını xilas etmək üçün təhlükəyə atan şəxslərə verilən dövlət minnətdarlığının rəmzidir. Qərar Prezident tərəfindən yaradılmış məsləhət komitəsinin rəyi və aparılan araşdırmalar əsasında qəbul edilib.
Xatırladaq ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan təyyarədə qaçırılma cəhdi barədə məlumat daxil olduqdan sonra hava gəmisi Səudiyyə Ərəbistanına məcburi eniş edib. Hadisə zamanı iki pilot arasında mübahisə və əlbəyaxa dava baş verdiyi, pilotlardan birinin bıçaqlandığı bildirilir. Bütün sərnişinlər sağ-salamat xilas edilib. İsrailin müdafiə naziri İsrael Katz insidenti terror aktına cəhd kimi qiymətləndirib.
İzmedia.az
![]()

