Kaliforniya sahillərində tibbi helikopter qəzaya uğrayıb: Yoxolan şəxs axtarılır

1 Min Read
ABŞ-ın Kaliforniya ştatında, Santa Katalina adası yaxınlığında tibbi təxliyə helikopteri qəzaya uğrayaraq dənizə düşüb. “NBC4” telekanalının rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, xilasedicilər azı 4 nəfəri sudan çıxararaq dərhal xəstəxanaya yerləşdiriblər.
Həkimlər yaralılardan ikisinin vəziyyətini stabil olaraq qiymətləndirirlər, digər iki şəxsin xəsarətlərinin ağırlıq dərəcəsi barədə isə hələlik ətraflı məlumat verilmir.
Qəza nəticəsində ən azı bir nəfərin itkin düşdüyü bildirilir. Hazırda ABŞ Sahil Mühafizəsinin gəmiləri və peşəkar dalğıclar hadisə yerində itkin düşən şəxsin axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş