İsrailli köçkünlər Əl-Əqsa məscidinin ərazisinə növbəti dəfə basqın ediblər

1 Min Read
Yəhudilərin Sukkot bayramının altıncı günündə yüzlərlə israilli köçkün işğal altındakı Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidinin kompleksi ərazisinə daxil olub. Bu barədə Fələstinin “Wafa” rəsmi xəbər agentliyi məlumat yayıb.
Xəbərdə bildirilir ki, İsrail polisinin sıx mühafizəsi altında məscidin həyətinə daxil olan böyük köçkün qrupları kompleksin ərazisində yəhudi dini ayinlərini icra ediblər.
Son insident günlərdir davam edən kütləvi daxilolmaların tərkib hissəsidir. Məlumata görə, çərşənbə günü sabiq deputat Moşe Feyqlin də daxil olmaqla 700-ə yaxın, çərşənbə axşamı isə 1000-dən çox israilli köçkün məscid kompleksinə girib.
Mövcud status-kvo qaydalarına əsasən, qeyri-müsəlmanların İslamın üçüncü müqəddəs məkanı sayılan Əl-Əqsanı ziyarət etməsinə icazə verilsə də, orada ibadət etmələri və ya dini ritual keçirmələri qadağandır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş