İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Birləşmiş Ştatlar qüvvələrinin İraqdan tamamilə çıxarılmasını “tarixi qələbə” kimi dəyərləndirib. İranın ISNA xəbər agentliyində yer alan bəyanatda Vaşinqtonun Qərbi Asiyadakı geniş hərbi varlığının regionda sabitliyi pozduğu və buna dərhal son qoyulmasının vacibliyi vurğulanıb.
“ABŞ regionu tərk etməli və təhlükəsizliyin idarə olunmasını regional xalqların özlərinə həvalə etməlidir. İyirmi illik işğal təcrübəsi göstərdi ki, Amerikanın varlığı təhlükəsizlik gətirməyib, əksinə, Qərbi Asiyada qeyri-sabitlik və terrorizmin əsas mənbəyi olub”, – deyə bəyanatda qeyd olunub.
SEPAH həmçinin ABŞ-ın İraqdakı hərbi kampaniyasının insan və maliyyə itkilərinə diqqət çəkib. Qurumun açıqlamasında bildirilib ki, iki onillik hərbi müdaxilə, rəsmi statistikaya görə 5 minə yaxın əsgər itkisi və 4 trilyon dollar xərcdən sonra Vaşinqton İraq xalqının kəskin nifrəti fonunda ölkədən çıxarılıb.
İzmedia.az
![]()

