Yəmən hökumət qüvvələri Husilərin genişmiqyaslı hücumunun dəf edildiyini bildirib

1 Min Read
Yəmənin hökumət qüvvələrinə bağlı Tur əl-Bahah əməliyyat zonasının Media Mərkəzi “Facebook” səhifəsində yaydığı bəyanatda Husi qüvvələrinin cəbhə boyu həyata keçirdiyi genişmiqyaslı hücumun qarşısının alındığını açıqlayıb.
Bəyanatda qeyd olunur ki, hökumət qoşunları bütün cəbhə xətti üzrə əks-həmlələr endirərək hücum edən Husi qruplaşmalarını tamamilə zərərsizləşdirib. Hadisənin digər detalları barədə əlavə məlumat verilməyib.
Məlumata görə, bu hadisədən əvvəl Yəmən hökumət qüvvələri əl-Akbuş ərazisindəki Husi mövqelərinə, eləcə də Taiz şəhərinin cənub-şərqində yerləşən Hayfan rayonundakı döyüş xəttinə 6 hava zərbəsi endirdiklərini bəyan etmişdilər.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş