İsrail Ali Məhkəməsi ölkənin Mərkəzi Seçki Komitəsinin bu ay keçirilməsi planlaşdırılan parlament seçkilərindən ərəb siyasi siyahılarını və namizədlərini kənarlaşdırmaq haqqında qərarını yekdilliklə ləğv edib.
Mərkəzi Seçki Komitəsi daha əvvəl İsrailin iki əsas ərəb siyasi alyansının – “Ra’am”, eləce də “Hadaş”, “Ta’al” və “Balad” partiyalarının birləşdiyi “Birgə Siyahı”nın seçkilərdə iştirakına qadağa qoymuşdu. Eyni zamanda fələstinmənşəli İsrail siyasətçisi, “Balad” partiyasının lideri Sami Əbu Şehadənin və “Hadaş” partiyasından olan yəhudi deputat Ofer Kassifin namizədliyi ləğv edilmişdi.
Ali Məhkəmə 7-2 səs çoxluğu ilə Ofer Kassifin namizədliyini yenidən təsdiqləyib. Sami Əbu Şehadə isə Məhkəmənin tövsiyəsindən sonra cümə günü elan olunan qərardan əvvəl namizədliyini geri götürmək haqqında qərar qəbul edib.
İzmedia.az
![]()

