Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) məlumatına görə, Rusiya ordusu bu payız Ukraynaya hücumlarda “Geran-4” reaktiv mühərrikli pilotsuz uçuş aparatlarının (PUA) yeni modifikasiya olunmuş versiyasından istifadə etməyə başlayıb.
Yenilənmiş PUA-ların texniki göstəriciləri və əsas dəyişikliklər:
-
Təkmilləşdirilmiş naviqasiya: Dron giroskop sürüşməsini azaldan və avtonom naviqasiyanın dəqiqliyini artıran “PNI Sensor” (ABŞ) istehsalı PNI5GA maqnitoinduktiv sensoruna əsaslanan yeni MOX qurğusu və SADRA inertial modulu ilə təchiz edilib. Həmçinin marşrutun dəqiqliyini təmin etmək üçün optik təsviri kompüter yaddaşındakı istinad görüntüsü ilə müqayisə edən “Susanin” muxtar naviqasiya sistemi əlavə olunub. Oxşar sistem yeni “Geran-5 K5” PUA-larında da tətbiq edilir.
-
Yeni döyüş başlığı: Dronlar körpü konstruksiyalarını və elektrik xətti dayaqlarını kəsmək üçün nəzərdə tutulmuş yeni KRSN (kumulyativ kəsici yük) döyüş başlığı ilə təchiz olunub.
-
Yerli mühərrik: Əvvəllər istifadə olunan Çinin “Telefly” turboreaktiv mühərriki Alabuqada (Tatarıstan) istehsal edilən Rusiya analoqu ilə əvəzlənib.
Eyni zamanda, Ukrayna eksperti Sergey Beskrestnov (“Flash”) bildirib ki, ruslar “Geran” dronlarına Ukrayna tutucu dronlarının analog video yayımını aşkar edərək eyni tezlikdə Radioelektron Mübarizə (REB) siqnalı ilə bloklayan yeni maneə qurğusu quraşdırıblar. Güclü siqnal nəticəsində operatorlar hədəfi dəqiq vurmaq imkanını itirirlər.
İzmedia.az
![]()

