BƏƏ “Flydubai” sərnişinlərinin təxliyəsini başa çatdırıb

1 Min Read
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mülki Aviasiya Baş İdarəsi ləğv olunmuş “Flydubai” reyslərində qalan bütün sərnişinlərin vətənlərinə qaytarılması əməliyyatının uğurla yekunlaşdığını bildirib. “Khaleej Times” qəzetinin verdiyi məlumata görə, oktyabrın 2-dən bu günə qədər Dubaydan İsrailin Ben Qurion hava limanına ümumilikdə 37 xüsusi reys təşkil edilib və 7 479 sərnişin daşınıb. Uçuşlar “Etihad Airways” və İsrail aviaşirkətləri tərəfindən həyata keçirilib.
BƏƏ aviasiya qurumunun açıqlamasında “Etihad Airways” şirkətinin Təl-Əviv istiqamətində müntəzəm reyslərini davam etdirdiyi vurğulanıb.
Hadisənin təfərrüatları:
Xatırladaq ki, “Flydubai” aviaşirkəti Təl-Əvivə uçuşları sentyabrın 30-da baş vermiş ciddi təhlükəsizlik insidentindən sonra dayandırmışdı. Dubay–Təl-Əviv marşrutu ilə hərəkət edən təyyarədə ikinci pilotun kapitana hücum etməsi nəticəsində gəmi Səudiyyə Ərəbistanının Təbuk şəhərindəki hava limanına təcili eniş etməyə məcbur olmuşdu.
Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin oktyabrın 1-də verdiyi rəsmi bəyanata əsasən, insidentə kabinədə yaşanan qarşıdurma səbəb olub və hər iki pilot müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Səhhətləri stabilləşdikdən sonra hər iki pilot BƏƏ təhlükəsizlik qüvvələrinin müşayiəti ilə Əbu-Dabiyə aparılıb. Digər 6 heyət üzvü isə daha əvvəl təhlükəsiz şəraitdə Dubaya qaytarılmışdı. BƏƏ və beynəlxalq aidiyyəti qurumlar hadisənin operativ və təhlükəsizlik aspektlərini araşdırmağa davam edirlər.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş