İordan çayının qərb sahilində yerləşən Nablus şəhərinin şimalındakı Səhl Ramin və Burqa düzənliyində İsrail hərbçiləri və məskunlaşanların zeytun yığan fələstinlilərə hücumu nəticəsində bir nəfər həlak olub, 16 nəfər yaralanıb.
Fələstin dövlət xəbər agentliyi “Wafa”nın verdiyi məlumata görə, İsrail ordusunun müşayiəti ilə əraziyə daxil olan böyük köçkün qrupu dinc əhaliyə qarşı odlu silahdan atəş açıb. Hadisə zamanı həyatını itirən şəxsin 44 yaşlı Əli Həsən Yosr Əl-Bəzzari olduğu müəyyən edilib.
Fələstin Qızıl Aypara Cəmiyyəti güllə yarası alan ən azı iki nəfərin vəziyyətinin ağır olduğunu, xəsarət alanlar arasında qadınların da bulunduğunu və bir çox fələstinlinin fiziki zorakılığa məruz qaldığını bildirib. Təşkilat həmçinin İsrail qüvvələrinin Burqa kəndində yaralılara ilk tibbi yardım göstərməyə çalışan təcili tibbi yardım heyətinə də birbaşa hücum etdiyini diqqətə çatdırıb.
İzmedia.az
![]()

