Rusiya Prezidenti Vladimir Putin 8-9 oktyabr tarixlərində Türkmənistana işgüzar səfər edəcək. Rusiya Lideri Türkmənistanın Avaza Milli Turizm Zonasında keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında və Xəzər Ekoloji Sammitində iştirak edəcək.
Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, MDB sammitində dövlət başçıları qurumun yaradılmasının 35 illiyi münasibətilə fəaliyyətin yekunlarını təhlil edəcək, gələcək əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirəcək və beynəlxalq məsələləri müzakirə edəcəklər. Tədbir çərçivəsində hüquq-mühafizə, mədəni-humanitar və informasiya sahələrində tərəfdaşlığın genişləndirilməsi, eləcə də xarici siyasətin əlaqələndirilməsini nəzərdə tutan sənədlərin imzalanması gözlənilir.
Xəzər Ekoloji Zirvə Toplantısında isə Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan prezidentləri Xəzər dənizinin səviyyəsinin enməsi (quruması) probleminin qarşısının alınması, ətraf mühitin və bioloji resursların qorunması istiqamətində birgə praktik addımları nəzərdən keçirəcəklər.
İzmedia.az
![]()

