Qırğızıstanda keçmiş prezidentin oğlu Kadır Atambayev 4 il azadlıqdan məhrum edilib

1 Min Read
Qırğızıstan Sosial Demokratlarının lideri, keçmiş prezident Almazbek Atambayevin oğlu Kadır Atambayev hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. AKIpress xəbər agentliyinin verdiyi məlumata görə, məhkəmə K.Atambayevi Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 326-cı maddəsi ilə təqsirli bilib. Həmçinin partiyanın digər lideri Temirlan Sultanbekov 7 il azadlıqdan məhrum olunub və onun əmlakının müsadirə edilməsi barədə qərar çıxarılıb.
Qırğızıstan Daxili İşlər Nazirliyinin istintaq materiallarına əsasən, müttəhimlər parlament seçkilərindən sonra ölkədə kütləvi iğtişaşlar törətməyi və hakimiyyəti devirməyi planlaşdırıblar. Qrup tərkibində keçmiş deputatların, hüquq-mühafizə orqanlarının sabiq əməkdaşlarının və digər nüfuzlu şəxslərin yer aldığı bildirilir. İş üzrə digər fiqurantlar — Dövlət Mühafizə Xidmətinin keçmiş rəhbəri Damir Musakeev və Ermek Ermatov barəsində isə əvvəllər ev dustaqlığı və başqa yerə gitməmək haqqında iltizam qətimkan tədbirləri seçilmişdi.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş