“İsayas” qasırğası təhlükəsi ABŞ-ın cənub ştatlarında təşvişə səbəb olub

1 Min Read
The empty water shelves at the Target in South Bay in Boston, MA on August 27, 2011. The normally full shelves was emptied by customers getting ready for Hurricane Irene. (Photo by Rick Friedman/Corbis via Getty Images)
ABŞ Milli Qasırğa Mərkəzinin ölkənin cənub ərazilərinə yaxınlaşan və həftəsonunadək güclənərək dağıdıcı qasırğaya çevrilməsi gözlənilən “İsayas” tropik fırtınası ilə bağlı xəbərdarlığı yerli sakinlər arasında təşviş yaradıb. “Daily Mail” qəzetinin verdiyi məlumata görə, Meksika körfəzi sahili boyunca yerləşən şəhərlərdə və xüsusilə Florida ilə Missisipi ştatlarında əhali mağaza rəflərini kütləvi şəkildə boşaldır.
Mağazalarda içməli su, konservləşdirilmiş qida məhsulları və gigiyenik vasitələrin satışı kəskin artıb, eyni zamanda yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb. Sinoptiklərin proqnozlarına əsasən, fırtına episentri Yukatan yarımadasının şimalından keçərək Meksika körfəzinin şimal sahillərinə doğru irəliləyir. Florida və Luiziana daxil olmaqla bir sıra ştatlarda 250 mm-dən çox yağıntının düşəcəyi, çayların daşacağı və genişmiqyaslı su basmaları riskinin yüksək olduğu bildirilir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş