Reuters agentliyinin məlumatına görə, Avropa İttifaqı mayın 11-də Ukraynadakı döyüş zonasından uşaqların təxliyəsi ilə bağlı Rusiya vətəndaşlarına qarşı yeni şəxsi sanksiyalar tətbiq edəcək. Brüssel bu prosesi “deportasiya” kimi qiymətləndirir.
Agentlik iki Aİ mənbəsinə istinadən bildirir ki, Avropa İttifaqının xarici işlər nazirləri bazar ertəsi ukraynalıların Rusiyaya deportasiyası ilə bağlı yeni sanksiyaları təsdiqləməyə hazırlaşır.
Mənbələr sanksiyalara məruz qalacaq şəxslərin kimliyi barədə məlumat verməyib.
Qeyd olunur ki, Aİ-nin fərdi sanksiyaları həmin şəxslərin Avropadakı bank aktivlərinin dondurulmasını və Avropa İttifaqına giriş qadağasını əhatə edə bilər (əgər aktivlər müəyyən edilərsə).
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen də Ukrayna ilə bağlı açıqlamalarında münaqişə zamanı Rusiyaya aparıldığı iddia edilən “minlərlə ukraynalı uşaq”a istinad edib.
2025-ci ilin iyununda İstanbulda Rusiya və Ukrayna arasında keçirilən birbaşa danışıqların ikinci raundu zamanı Ukrayna tərəfi Rusiyaya 339 uşağın adının yer aldığı siyahı təqdim edib. Rusiya Prezidentinin Uşaq Hüquqları üzrə Komissarı Mariya Lvova-Belovanın mayın 7-də dərc etdiyi bülletendə isə həmin siyahıdan yalnız 13 nəfərin Rusiyada olduğu və onların artıq Ukraynadakı və üçüncü ölkələrdəki qohumlarına qaytarıldığı bildirilib.
izmedia.az
![]()

