İran hökuməti ölkənin xarici valyuta ehtiyatlarını qorumaq və əhalinin daxili tələbatını ödəyəcək əsas mallar ilə dərman vasitələrinin təminatına üstünlük vermək məqsədilə avtomobil idxalını müvəqqəti olaraq dayandırıb. Hökumətin rəsmi sözçüsü Fatimə Mühacəraninin verdiyi bəyanata görə, Prezident Məsud Pezeşkiyanın birbaşa sərəncamı ilə ölkədə yaranan xüsusi iqtisadi şərait nəzərə alınaraq prioritet hesab olunmayan bütün sahələrə valyuta ayrılması dondurulub.
“Tasnim” agentliyinin məlumatına görə, bu qərar furqonlar və xüsusi təyinatlı dəniz/quru nəqliyyat vasitələri də daxil olmaqla bütün növ avtomobillərin, eləcə də mehmanxana sahibləri və xaricdə yaşayan İran vətəndaşları tərəfindən həyata keçirilən idxal əməliyyatlarını əhatə edir. Mühacərani vurğulayıb ki, hazırda dövlətin bütün valyuta resursları iqtisadiyyatın dayanıqlılığını təmin etmək üçün ən zəruri qida məhsulları, tibbi ləvazimatlar və əhalinin kritik ehtiyaclarının qarşılanmasına yönəldilib.
İzmedia.az
![]()

