Rovnenin mərkəzinə PUA hücumu: Təhsil müəssisəsi vurulub, yaralıların sayısı 14-ə çatıb

1 Min Read
Rusiyaya məxsus hərbi pilotsuz uçuş aparatı (PUA) Ukraynanın Rovne şəhərinin mərkəzində yerləşən təhsil müəssisəsinin korpusuna zərbə endirib. Rovne Regional Hərbi Administrasiyasının rəhbəri Oleksandr Kovalın “Telegram” kanalı vasitəsilə yaydığı son məlumatlara görə, hücum nəticəsində azı 14 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralananlardan birinin vəziyyətinin ağır, üç nəfərin isə orta-ağır olduğu bildirilir.
Hücum zamanı təhsil müəssisəsinin akademik binasının ikinci mərtəbəsinə və fasad hissəsinə ciddi ziyan dəyib. Zərbə nəticəsində alışan yanğın əraziyə cəlb edilən Fövqəladə Hallar Xidmətinin briqadaları tərəfindən lokallaşdırılıb. Hazırda xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində dağıntıların aradan qaldırılması və zərərçəkənlərə tibbi yardımın göstərilməsi istiqamətində işləri davam etdirirlər.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş