Qambiya Qırmızı Xaç Cəmiyyətindən verilən açıqlamada İspaniyanın Kanar adalarına çatmağa çalışan immiqrantların tez-tez istifadə etdiyi çıxış nöqtələrindən biri olan Jinack Kajata kəndindən yola çıxan qayığın Qambiya sahillərində Atlantik okeanında batdığı bildirilib.
izmedia.az xəbər verir ki, 12 İNSAN HƏYATINI İTİRDİ. Açıqlamada qayıqda olan 12 nəfərin cəsədinin tapıldığı qeyd edilib.
Açıqlamada itkin düşənlərin sayının hələ dəqiq olmadığı, axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib.
YENİ FƏLAQƏ DEYİL 2025-ci ilin dekabrında Jinack Kajata sahillərində baş verən başqa bir qayıq qəzasında 40-dan çox insan həyatını itirdi və təxminən 100 nəfər itkin düşdü.
![]()

