ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə 24 saat ərzində son qoyacağına 80 dəfədən çox söz verib və Ankoric sammitini yüksək qiymətləndirib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“[ABŞ Dövlət Katibi] Marko Rubio, Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla danışıqlarının nəticələri ilə bağlı jurnalistin sualına cavab olaraq bildirib: “Sizcə, Ukraynadakı müharibəni 30 dəqiqəyə həll etdik? İşlər belə həll olunmur”, – deyə Zaxarova özünün Telegram kanalında yazıb. “Heç kim belə düşünmürdü. Amma hamı xatırlayır ki, ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə 24 saat ərzində son qoymaq üçün 80 dəfədən çox vəd verib və sonra Ankoric sammitinə yüksək qiymət verib”.
İzmedia.az
![]()

