İmişlidə ağır yol qəzası olub, iki nəfər ölüb - Foto

1 Min Read

İmişlidə ağır yol qəzasında ölənlərin və xəsarət alanın kimliyi müəyyən edilib.

 

məlumatına görə, hadisə nəticəsində minik avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Həsən Həsənov və onun sərnişini 1980-ci il təvəllüdlü Gülrəng

Əliyeva dünyasını dəyişib. Eləcədə digər sərnişin 1981-ci il təvəllüdlü Mənsur

Rzayev isə xəsarət alıb.

*****

İmişli rayonunda ağır yol qəzası baş verib.

İzmedia.az xəbər verir ki, hadisə zamanı Kia markalı minik avtomobili yük avtomobilinin qoşqusuna çırpılıb. Nəticədə 2 nəfərin öldüyü , 1 nəfərin yaralandığı bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1 nəfər şəxs (kişi) 09.11.2026-cı il tarixində saat 11:40 radələrində İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

 

Ona bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

 

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1981-ci il təvəllüdlü pasiyentin müalicəsi hazırda Təcili yardım şöbəsində davam etdirilir.

****

 

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş