İmişlidə ağır yol qəzasında ölənlərin və xəsarət alanın kimliyi müəyyən edilib.
məlumatına görə, hadisə nəticəsində minik avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Həsən Həsənov və onun sərnişini 1980-ci il təvəllüdlü Gülrəng
Əliyeva dünyasını dəyişib. Eləcədə digər sərnişin 1981-ci il təvəllüdlü Mənsur
Rzayev isə xəsarət alıb.
*****
İmişli rayonunda ağır yol qəzası baş verib.
İzmedia.az xəbər verir ki, hadisə zamanı Kia markalı minik avtomobili yük avtomobilinin qoşqusuna çırpılıb. Nəticədə 2 nəfərin öldüyü , 1 nəfərin yaralandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1 nəfər şəxs (kişi) 09.11.2026-cı il tarixində saat 11:40 radələrində İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1981-ci il təvəllüdlü pasiyentin müalicəsi hazırda Təcili yardım şöbəsində davam etdirilir.
****

![]()

