Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə indiyə qədər ən böyük məhbus mübadiləsinin aparılacağını açıqlayıb.
Ukrayna prezidenti Vladimir Zelenski İrlandiyanın paytaxtı Dublində ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni və xüsusi nümayəndəsi Jared Kuşnerlə görüşüb.
izmedia.az xəbər verir ki, görüşdən sonra mətbuata açıqlama verən Zelenski deyib ki, danışıqların müharibəyə son qoyacağına ümid var.
Növbəti görüşdə Avropanın da danışıqlar masası arxasında olacağını qeyd edən Zelenski, “Rusiya ilə məhbus mübadiləsi olacaq və bu, indiyə qədərki ən böyük məhbus mübadiləsi olacaq” deyib.
![]()

