ABŞ-da yeni böhran!Milli Təhlükəsizlik Agentliyinin gizli rabitə şəbəkəsi çökdü

1 Min Read

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) daxili əlaqə üçün istifadə etdiyi çox məxfi şəbəkə fəaliyyətini dayandırıb.

ABŞ-da rəqəmsal sistemlərdə fasilələr davam edir.ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) daxili əlaqə üçün istifadə etdiyi çox məxfi şəbəkə fəaliyyətini dayandırıb.ABŞ mərkəzli CNN televiziyasının 5 mənbəyə əsaslanaraq verdiyi xəbərdə NSA-nın daxili kommunikasiya şəbəkəsində fasilə olduğu bildirilib.Xəbərdə agentliyin problemin miqyasını anlamağa çalışdığı, lakin indiyə qədər kiberhücuma dair heç bir dəlil olmadığı bildirilib.NSA hələlik məsələ ilə bağlı açıqlama verməyib.

izmedia.az xəbər verir ki, aBŞ-da əvvəllər sistemli uğursuzluqlar olub

Dünən istifadəçi bildirişləri ilə rəqəmsal xidmətlərdəki ani kəsilmələri və əlaqə problemlərini izləyən Downdetector.com internet saytı ABŞ-da bir çox banklara giriş problemlərinin olduğunu bildirib. Giriş problemi yaşayan banklar arasında JPMorgan Chase, Bank of America, US Bank və Wells Fargo var.

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) hava hərəkətinə nəzarət mərkəzlərinə təsir edən rabitə nasazlığına görə ötən şənbə günü ölkənin bütün hava limanlarında uçuşları dayandırıb.Ölkə daxilində təyyarələr 4 saatdan çox uçuşu dayandırdı və bu, 11 sentyabr 2001-ci il hücumlarından sonra ən uzun uçuş dayanması oldu.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş