Ağ Evin mətbuat katibi Karolin Livit Vaşinqtondan axan Potomak çayına çirkab sularının axıdılmasının ekoloji fəlakət təhlükəsi yaratdığını bildirib.
İzmedia.az bildirir ki, onun sözlərinə görə, Merilend, Virciniya və Kolumbiya dairəsi rəhbərliyi federal hökumətə rəsmi müraciət etməlidir. Livit qeyd edib ki, bu halda resurslar səfərbər edilə və Merilend qubernatoru Ues Murun nəzarətində olan infrastrukturla bağlı problemlər aradan qaldırıla bilər.
O vurğulayıb ki, ştat və yerli qurumların müraciəti olmadan federal müdaxilə mümkün deyil və əks halda vəziyyət ciddi ekoloji fəlakətə çevrilə bilər. Livit Prezident Donald Trampın müdaxiləsinin vacibliyini qeyd edib.
İzmedia.az
![]()

