Vladimir Putin bildirib ki, Rusiya üçün xüsusi maraq kəsb edən xarici vətəndaşlar aprel ayından etibarən ölkəyə köçməklə bağlı Strateji Təşəbbüslər Agentliyi ilə əlaqə saxlaya biləcəklər.
İzmedia.az-ın məlumatına görə, Putin Rusiyanın ölkəyə köçən xarici vətəndaşlara dəstək göstərəcəyini vurğulayıb.
Onun sözlərinə görə, söhbət ənənəvi rus dəyərlərini, mədəniyyətini və adət-ənənələrini bölüşən, tələb olunan peşə və biliklərə malik şəxslərdən gedir. Bu kateqoriyaya iqtisadiyyatın inkişafına töhfə verə bilən, həmçinin idman, yaradıcı sənaye, mədəni-humanitar, elmi və texnoloji sahələrdə nailiyyətləri olan mütəxəssislər daxildir.
İzmedia.az
![]()

