Misir gələn aydan etibarən viza rüsumlarını artıracaq.
İzmedia.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bu, tək girişli vizalara aiddir. Martın 1-dən etibarən rüsum 25 dollardan 30 dollara qədər artacaq. Çox girişli vizaların qiyməti isə dəyişməz – 60 dollar olaraq qalacaq.
Şarm əl-Şeyx hava limanına gələn və Sinay yarımadasında 15 gündən çox qalmağı planlaşdıran turistlər üçün giriş pulsuz olacaq.
İzmedia.az
![]()

