BMT pis hava şəraiti səbəbindən Nyu-Yorkdakı ofisini bağladı

0 Min Read

Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahı 23 fevral Bazar ertəsi günü qar fırtınası səbəbindən bağlı olacaq.

İzmedia.az bildirir ki, bu barədə BMT-nin rəsmi saytı məlumat yayıb.

Bu qərar şəhər hakimiyyəti və Milli Hava Xidməti tərəfindən çovğun, güclü külək və zəif görünürlük barədə xəbərdarlıqlara əsasən verilib.

Təşkilat bildirib ki, işçiləri mümkün olduqda uzaqdan işləyəcəklər. Bütün planlaşdırılan görüşlər təxirə salınacaq.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş