ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həllinə kömək etməyə çalışdıqlarını bəyan edib.
O, Konqresdə – ABŞ Nümayəndələr Palatası və Senat qarşısında “Birliyin Vəziyyəti” ilə bağlı illik müraciətində indiyədək səkkiz müharibəyə son qoyduğunu iddia edib.
“Və biz bu doqquzuncu müharibəni bitirmək üçün çox çalışırıq”, – deyə Tramp Ukraynadakı vəziyyətə toxunarkən bildirib.
ABŞ lideri həmçinin vurğulayıb ki, “Əgər mən prezident olsaydım, bu müharibə heç vaxt baş verməzdi”.
İzmedia.az
![]()

