Venesuela öz iqtisadi potensialına çatmaq və sabit inkişaf üçün hökumətini legitimləşdirməli, bunun üçün isə azad və ədalətli seçkilər keçirməlidir.
İzmedia.az xəbər verir ki, bu fikirləri ABŞ dövlət katibi Marco Rubio bildirib Karib sammitində səsləndirib.
Rubio Venesuelanın gələcək inkişafı üçün hökumətin legitimliyinin vacib olduğunu və bunun üçün seçkilərin keçirilməsi lazım olduğunu vurğulayıb. O əlavə edib ki, bu ölkənin öz zənginliklərini xalqın xeyrinə yönəltməsi üçün seçkilərin demokratik olması vacibdir.
Rubio seçkilər üçün konkret zaman çərçivəsi verməsə də, ölkənin növbəti mərhələsinin demokratik seçkilərdən keçəcəyinə inandığını bildirib.
Xatırladaq ki, ABŞ ötən ilin yanvarında Venesuelanın hakimiyyətindən Nicolás Maduro-nu çıxardığı hərbi əməliyyatla bağlı çoxsaylı müzakirələrə səbəb olub. Bu hadisədən sonra ABŞ və regional tərəfdaşlar arasında Venesuelada siyasi keçid və legitim seçkilərin keçirilməsi ilə bağlı müzakirələr davam edir.
İzmedia.az
![]()

