ABŞ: Seçki məntəqələrində immiqrasiya reydləri olmayacaq

1 Min Read

Bu ilki ara seçkilərdə seçki məntəqələrində immiqrasiya nəzarəti əməliyyatları həyata keçirilməyəcək.

İzmedia.az xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) bildirib.

Departamentin rəsmiləri qeyd ediblər ki, ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) agentləri yalnız ictimai təhlükəsizliyə real və aktiv təhdid olduqda seçki məntəqələrinə daxil ola bilərlər və həbslər yalnız hədəflənmiş polis əməliyyatları çərçivəsində aparılmalıdır.

Seçkilər noyabrın 3-də keçiriləcək, ilkin seçkilər isə gələn ay başlayacaq. Bu açıqlama ABŞ prezidentinin sərt immiqrasiya siyasəti və son illərdə federal ICE reydləri fonunda verilib. DHS rəsmiləri ştat seçki rəsmilərinə də təsdiqləyiblər ki, seçki məntəqələrində agentlərin iştirakı ilə bağlı hər hansı iddialar doğru deyil.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş