ABŞ Yaxın Şərqdəki qüvvələrini gücləndirmək üçün Böyük Britaniyaya beşinci nəsil F-35A Lightning II və F-15E Strike Eagle qırıcılardan ibarət yeni eskadrilyalar göndərib.
İzmedia.az bildirir ki, bu barədə Hərbi Hava Nəzarəti Alyansının məlumat yayıb.
Transatlantik uçuşdan sonra 12 F-35A və 12 F-15E qırıcısı İngiltərədəki Leyknhit Hərbi Hava Qüvvələri Bazasına çatıb. F-35-lər Yuta ştatındakı Hill, F-15-lər isə Aydaho ştatındakı Mountain Home Hərbi Hava Qüvvələri Bazasından yola düşüb və KC-135R Stratotanker ilə KC-46 Pegasus tanker təyyarələri tərəfindən müşayiət olunub.
Artıq İordaniyadakı Müvəffəq Duz Hava Bazasında 30 F-35A və 36 F-15E qırıcısı yerləşdirilib.
Eyni zamanda, İsrail mediasının məlumatına görə, 11 ədəd F-22 Raptor qırıcısından ibarət ilk eskadrilya 24 fevralda İsrailin Negev səhrasındakı Ovda hava bazasına eniş edib. Bu, ABŞ döyüş təyyarələrinin İsraildə ilk yerləşdirilməsidir. Böyük Britaniyada yerləşən 13 F-22 Raptor isə yaxın günlərdə Yaxın Şərqə göndərilməyə hazırlaşır.
Ötən ilin iyun ayında F-22 Raptor qırıcıları Amerikanın B-2A Spirit strateji bombardmançı təyyarələrinin İranın nüvə obyektlərinə zərbə endirməsini təmin etmək üçün istifadə edilmişdi. Hazırda ABŞ Yaxın Şərqdə 210-dan çox döyüş təyyarəsi, o cümlədən iki təyyarədaşıyan gəmidən yerləşdirilmiş qırıcılara malikdir.
İzmedia.az
![]()

