ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərqdəki rəhbəri admiral Bred Kuper cümə axşamı prezident Donald Trampa İrana qarşı potensial hərbi əməliyyat variantları barədə məlumat təqdim edib.
İzmedia.az bildirir ki, brifinqdə Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri və prezidentin baş hərbi müşaviri general Den Keyn də iştirak edib.
ABC News-un əldə etdiyi məlumatlara görə, görüş Amerika və İran rəsmilərinin Cenevrədə İranın nüvə və raket proqramları ilə bağlı danışıqlar apardığı gün baş tutub. İranın xarici işlər naziri Abbas Əraqçi irəliləyiş əldə olunduğunu və texniki danışıqların gələn həftə Vyanada davam etdiriləcəyini bildirib.
Məlumatlı mənbələr qeyd edirlər ki, son günlər bir sıra respublikaçı və Tramp administrasiyasının bəzi rəsmiləri ABŞ-nin hərbi əməliyyata başlaması əvəzinə İsrailin İrana zərbə endirməsini təşviq etməyə çağırıb.
Bölgədə çox sayda Amerika hərbi gəmisi və esminesinin yerləşdirilməsi fonunda ABŞ-İsrail birgə əməliyyatının mümkün olduğu vurğulanır.
İzmedia.az
![]()

