ABŞ Qrenlandiyada iki yeni hərbi baza açmağı planlaşdırır

1 Min Read
“Reuters” agentliyinin mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ Danimarka və Qrenlandiya ilə imzalanacaq yeni təhlükəsizlik sazişi çərçivəsində adada hərbi iştirakını genişləndirməyi planlaşdırır. Planlara Soyuq müharibə dövründən qalma baza əməliyyatlarının bərpası və yeni hərbi məntəqənin yaradılması daxildir.
Məlumata əsasən, ABŞ, Danimarka və Qrenlandiya arasında Arktika və Şimali Atlantikada təhlükəsizliyin gücləndirilməsinə dair rəsmi saziş sentyabrın 22-də Nyu-Yorkda, BMT Baş Assambleyası çərçivəsində imzalanacaq. İmzalanma mərasimində ABŞ Prezidenti Donald Tramp, Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiya hökumətinin rəhbəri Yens-Fredrik Nilsen iştirak edəcəklər.
Sazişə uyğun olaraq, ABŞ 1950-ci illərdə “Blue West One” bazasını bağladıqdan sonra əhalisi bir neçə on nəfərə qədər azalan Qrenlandiyanın cənubundakı Narsarsuaq bazasında fəaliyyətini bərpa etməyi nəzərdə tutur. Bundan əlavə, adanın şərq sahilində yerləşən və hazırda Danimarka xüsusi təyinatlı it xizək patrul xidməti tərəfindən istifadə olunan Mestersviq məntəqəsində də Amerika hərbi kontingentinin yerləşdirilməsi planlaşdırılır.
Sənədin dəqiq təfərrüatları hələ rəsmi olaraq açıqlanmayıb. Mənbələr şərtlərin yalnız imzalanma zamanı tam dəqiqləşəcəyini bildirirlər.
Prezident Donald Tramp bundan əvvəl Danimarka ilə Qrenlandiyanın təhlükəsizlik nəzarətinə dair müddətsiz anlaşma əldə olunduğunu elan edib. Müqaviləyə əsasən, Vaşinqton adanın təhlükəsizlik nəzarətini təmin edəcək və Pentaqon əraziyə əlavə hərbi qüvvələr göndərməyə başlayacaq.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş