Kiprdə yerləşən Akrotiri Britaniya hərbi hava bazası pilotsuz təyyarənin zərbəsinə məruz qalıb.
İzmedia.az bildirir ki, bu barədə “Cyprus Mail” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, “kiçik pilotsuz təyyarə” bazanın aerodrom hissəsinə dəyib və nəticədə hərbi obyektə “kiçik ziyan” dəyib. Hadisə zamanı ölən və ya yaralanan olmayıb.
Baza komandanlığı təhlükəsizlik tədbirlərini gücləndirib və şəxsi heyətə “yerində qalmağı və əlavə təlimat gözləməyi” tapşırıb. Həmçinin mümkün əlavə zərbə ehtimalı barədə xəbərdarlıq edilib. Partlayışın səsi və sirenlər bazaya yaxın yerləşən Limasol şəhərində də eşidilib.
Qəzet təsdiqlənməmiş məlumatlara istinadən bazanın “Şahed-136” tipli pilotsuz təyyarə ilə vurulmuş ola biləcəyini qeyd edib. Hadisə ilə bağlı Böyük Britaniya hakimiyyət orqanları hələlik rəsmi açıqlama verməyib.
İzmedia.az
![]()

