Rusiya Bruneyin SPIEF və digər beynəlxalq forumlarda iştirakını gözləyir – Lavrov

1 Min Read

Rusiya Bruney nümayəndələrinin ölkədə keçiriləcək illik beynəlxalq tədbirlərdə, o cümlədən SPIEF, EEF və “İnnoprom” sərgisində iştirak edəcəyinə ümid edir.

İzmedia.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bruney Darüssəlamın ikinci xarici işlər naziri Erywan Yusof ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Rusiya tərəfi Bruneyli tərəfdaşlarını ölkədə təşkil olunan əsas beynəlxalq platformalarda görmək istəyir. Onun sözlərinə görə, söhbət Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF), Şərq İqtisadi Forumu (EEF), İnnoprom sərgisi və digər forumlardan gedir.

“Biz ölkəmizdə keçiriləcək illik forumlarda – SPIEF, EEF, ‘İnnoprom’ sərgisi və digər forumlarda Bruneyli dostlarımızın iştirakına ümid edirik”, – deyə Lavrov vurğulayıb.

O, həmçinin Rusiya ilə Bruney arasında iqtisadi əməkdaşlığın dinamik inkişaf etdiyini diqqətə çatdırıb. Bildirilib ki, 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsi rekord səviyyəyə – təxminən 900 milyon dollara çatıb. Tərəflər bu göstəricinin daha da artırılması və yüksək artım tempinin qorunub saxlanılması barədə razılığa gəliblər.

“Həmçinin, ötən il rekord səviyyəyə – təxminən 900 milyon dollara çatan ticarət dövriyyəmizin yüksək artım templərini qorumağın vacibliyini müzakirə etdik”, – deyə Rusiya XİN rəhbəri əlavə edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş