İsrail Livanın cənubundakı 16 yaşayış məntəqəsinin sakinlərinə təcili xəbərdarlıq edib

0 Min Read
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 90

CBS telekanalının məlumatına görə,İsrail Livanın cənubunda yerləşən 16 şəhər və kəndin sakinlərinə “təcili xəbərdarlıq” edərək, həmin yaşayış məntəqələrinə zərbələr endirəcəyini bildirib.

İsrail Müdafiə Qüvvələrinin açıqlamasında deyilir:

“Təhlükəsizlik səbəblərinə görə, sakinləri dərhal evlərini tərk etməyə və bu kənd və qəsəbələrdən ən azı 1000 metr uzaqlaşmağa çağırırıq”.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-dən etibarən İran ərazisinə hücumlar həyata keçirir. Hücumlar nəticəsində dağıntılar və insan tələfatı qeydə alınıb.

İzmedia.az 

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş