İsrail Müdafiə Naziri: İran rejiminin hədəf liderləri məhv ediləcək

1 Min Read
EITAN CABEL

“İran rejimi tərəfindən təyin edilən və İsraili məhv etmək, ABŞ və dünyanı təhdid etmək və ya öz xalqına zülm etmək proqramını davam etdirən hər hansı lider mütləq hədəfimizə çevriləcək və məhv ediləcək”.

İzmedia.az xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri İsrael Katz açıqlamasında qeyd edib.

Nazir əlavə edib ki, baş nazir ilə birlikdə İsrail ordusuna bu missiyanı yerinə yetirmək üçün hazırlıq görmək və bütün hərbi vasitələrdən istifadə etmək tapşırılıb. O vurğulayıb ki, bu, İsrailin hərbi əməliyyatlarının əsas məqsədlərindən biridir.

“Amerikalı tərəfdaşlarımızla birlikdə bütün gücümüzlə hərəkət etməyə davam edəcəyik”, – Katz bəyan edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş