Şimali Koreya hərbi dəniz qüvvələrini nüvə silahları ilə gücləndirməyə davam edir

1 Min Read

Şimali Koreya lideri Kim Çen In Nampoda gəmiqayırma zavoduna səfəri zamanı bildirib ki, ölkə ildə iki esmines istehsal edəcək və Hərbi Dəniz Qüvvələrini nüvə silahları ilə təchiz etməyə davam edəcək.

İzmedia.az bildirir ki, zavod yeni “Çoe Hyon” esminesinin sınaqlarını yoxlayıb.

Kim Çen In çıxışında deyib:

“Yeni beşillik plan (2026-2030) ərzində hər il eyni və ya daha yüksək sinifli iki yerüstü gəmi inşa etməliyik”. O əlavə edib ki, “Çoe Hyon”un sınaqları uğurla davam edir və Şimali Koreya bunun üçün kifayət qədər insan və sənaye potensialına malikdir.

Dövlət başçısı bildirib ki, “Hərbi Dəniz Qüvvələrimizin sualtı və yerüstü hücum qüvvələri kəskin şəkildə genişləndiriləcək. Hərbi Dəniz Qüvvələrinin nüvə silahları qənaətbəxş şəkildə inkişaf etdirilir”. Kim Çen In vurğulayıb ki, bu tədbirlər yalnız müdafiə məqsədilədir: “Əgər müdafiəmizin bu qədər gücləndirilməsindən qorxan qüvvələr varsa, deməli, onlar bizim düşmənimizdir”.

Səfər zamanı Kim Çen In esmines gəmisinə minərək dənizçilərin təlimini, gəminin texniki parametrlərini və əməliyyat imkanlarını yoxlayıb. O həmçinin gəminin strateji dənizdən səthə qanadlı raketlərin sınaq buraxılışını izləyib və heyət üzvlərinin strateji hücum qabiliyyətini “qüsursuz şəkildə inkişaf etdirdiklərini” bildirib.

Kim Çen In üçüncü “Çoe Hyon” sinifli hərbi gəminin tikintisini də yoxlayıb və layihənin plan üzrə davam etdiyini vurğulayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş