Çin ABŞ-yə Rusiya ilə əməkdaşlığa müdaxilə etməməyə çağırıb

1 Min Read

Vaşinqton Pekin və Moskva arasında iqtisadi, ticarət və enerji əməkdaşlığını pozmağa çalışmaqdan çəkinməlidir.

İzmedia.az xəbər verir ki, bunu ABŞ-dəki Çin səfirliyinin sözçüsü Liu Pengyu TASS agentliyinə müsahibəsində bildirib.

O, ABŞ-nin Çini Rusiyadan neft alışını azaltmağa məcbur etmək planları ilə bağlı The Wall Street Journal qəzetində yayılan xəbərə münasibət bildirərkən qeyd edib ki, Çin, ABŞ və Rusiya suveren dövlətlərdir və tərəfdaşlarını müstəqil şəkildə seçmək hüququna malikdirlər.

Liu Pengyunun sözlərinə görə, Çin və Rusiya arasında normal iqtisadi, ticarət və enerji əməkdaşlığı heç bir üçüncü tərəfi hədəf almır və bu əməkdaşlığa müdaxilə edilməməlidir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş